"Çelsi"nin baş məşqçisi Tomas Tuxel Premyer Liqanın 27-ci turunun təxirə salınmış matçını - "Lester Siti" ilə oyunu (1:1) şərh edib.
Fanat.Az "Sky Sports" istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis oyunda xüsusi seçilən fransalı futbolçu barədə də danışıb:
"Rəqibdən daha yaxşı çıxış edirdik və qalib gəlməyə layiq idik. Biz əlimizdən gələni etdik və bir xal qazandıq. Bu gün çempionatda üçüncü yeri təmin etdik.
Kantenin oyununu qeyd etmək istərdim. O, terminatordur. Kante bizim əsas oyunçumuzdur və ona meydanda ehtiyacımız var. O, bizim Salahımız, van Deykimiz və De Bröynemizdir".
Emin