Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turu seriyasının dördüncü mərhələsində bu gün növbəti görüşlərini keçirib.
Fanat.Az xəbər verir ki, 37 yaşlı qrossmeyster "Chessable Masters" adlanan onlayn turnirin ikinci günündə öncə ağ fiqurlarla ABŞ təmsilçisi Samuel Şenklendlə üz-üzə gəlib. 51-ci gedişdə rəqibinə qalib gələn Məmmədyarov ardınca, müvafiq olaraq, Vidit Santoş Qucarati (Hindistan), Yi Vey (Çin) və Aniş Giri (Niderland) ilə heç-heçəyə razılaşıb.
Bu nəticələrdən sonra xalını 9-a çatdıran təmsilçimiz turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. Sıralamaya 18 xalla Y.Vey başçılıq edir.
16 şahmatçı yarışın ilk dörd günündə dairəvi sistem üzrə mübarizə aparacaq. 15 turdan sonra ilk "səkkizlik" adını pley-off mərhələsinə yazdıracaq.
Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.
"Chessable Masters"
V tur: Şəhriyar Məmmədyarov - Samuel Şenklend (ABŞ) 1:0
VI tur: Vidit Santoş Qucarati (Hindistan) - Şəhriyar Məmmədyarov 0,5:0,5
VII tur: Şəhriyar Məmmədyarov - Yi Vey (Çin) 0,5:0,5
VIII tur: Aniş Giri (Hollandiya) - Şəhriyar Məmmədyarov 0,5:0,5