Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Litva milli komandası hazırlıq çərçivəsində bu gün millimizlə sonuncu yoxlama oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Su İdman Sarayının ərazisindəki meydançada baş tutan görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Yığmanın heyətində Ramil Əliyev və Amid Nəzirov fərqlənib. Qarşılıqlı razılıq əsasında əlavə iki hissə oynanılıb və burada da hesab dəyişməyib. Penaltilər seriyasını daha dəqiq yerinə yetirən Azərbaycan komandası 5:3 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Azərbaycan millisi əvvəlki iki yoldaşlıq matçında da rəqibinə qalib gəlib.