Azərbaycan Premyer Liqasının sonuncu - 28-ci turunda "Zirə" evdə "Şamaxı" ilə qolsuz heç-heçə edib.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisinin məşqçisi Vaqif Paşayev matçdan sonra keçirilən mətbuat konfransında görüşü şərh edib:
“Oyun çətin keçdi. Çünki futbolçularda narahatlıq var idi. Yenə də sağ olsunlar. Birinci hissədə oyunumuz alınmasa da, ikinci yarıda oyuna tam nəzarət edə bildilər. Mövsümü qələbə ilə başa vurmaq istəyirdik. Amma qol vurmaq cəhdlərimiz alınmadı. Bürünc medal qazandığımız üçün şadıq. Komandamızı təbrik edirəm. Baş məşqçi Rəşad Sadıqovu təbrik edirəm. O, bu mövsüm çox yaxşı işlər gördü. 35 ildir futboldayam. Amma bu, mənim üçün ən xoşbəxt günlərimdən biridir”.