Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün bombardiri bəlli olub.
Fanat.Az xəbər verir ki, bu ada "Qarabağ"ın oyunçusu Kadi Borges sahib çıxıb.
26 yaşlı yarımmüdafiəçi "Neftçi"ni 4:1 hesabı ilə məğlub etdikləri görüşdə vurduğu qollar çempionatdakı qollarını sayını 12-yə çatdırıb. Bununla da o, 11 qol vuran komanda yoldaşları Filip Ozobiç, İbrahima Vadjini, "Sabah"dan Coy-Lens Mikelsi və "Zirə"dən Davit Volkovu geridə qoyub.