Azərbaycan Premyer Liqasının sonuncu - 28-ci turunda çempionluğu əvvəlcədən rəsmiləşdirən "Qarabağ" öz meydanında gümüş mükafatçı "Neftçi"ni qəbul edib.
Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında 4:1 hesablı qələbəni şərh edib:
"Futbolçularımı təbrik edirəm. Təkcə çempionluğa deyil, həm də oyunlarına görə. Necə başladıqsa, elə də bitirdik. Mövsüm ərzində sabit qalmaq önəmli idi. Futbolçularım istəkli idilər. Buna görə onlara təşəkkür düşür. Səbirsizliklə medalları gözləyirlər. Uğur qazanmaq asan, onu qoruyub-saxlamaq isə çətindir. Bütün diqqətimiz növbəti mövsümə yönəlməlidir".