“Qəbələ” klubu üç legioner futbolçusu ilə müqavilə müddətini uzadıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, 28 yaşlı şimali makedoniyalı yarımmüdafiəçi İsnik Alimi, 22 yaşlı ispaniyalı qapıçı Kristof Atanqana və 23 yaşlı toqolu hücumçu Yaovi Akakpo ilə yeni anlaşma imzalanıb.
Yeni müqavilələr bir il müddətinə nəzərdə tutulub.
Əvvəlki anlaşmaları 2021/2022 mövsümünün sonunda başa çatan legionerlər növbəti tsikldə də bölgə təmsilçisində çıxış edəcəklər.
“Qəbələ”nin heyətində Alimi 32 (10 qol), Akakpo 6 (2 qol), Atanqana 5 oyun keçirib.