21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Küveytin U-23 yığması ilə yoldaşlıq oyunu təxirə salınıb.
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna rəqibin Bakıya səfərinin baş tutmaması səbəb olub.
Matç mayın 26-da, saat 17:00-da Sumqayıtdakı “Kapital Bank Arena”da baş tutmalı idi.
Qeyd edək ki, U-21 Avropa çempionatının seçmə mərhələsinə hazırlıq məqsədilə mayın 22-dən Bakıda təlim-məşq toplanışındadır.