Londonun "Tottenhem" klubunun baş məşqçisi Antonio Konte öz gələcəyi haqda danışıb.
Fanat.Az xəbər verir ki, "Sky Sports" 52 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb:
“Tottenhem"in rəhbərliyi ilə görüşəcəyik və hər kəs üçün ən yaxşı həll yolunu tapacağıq. Mən ambisiyaları olan insanam, kuboklar üçün mübarizə aparmağı xoşlayıram. Gələn mövsümün sonuna qədər müqaviləm var. Hə, mövsümün ortasında komandaya rəhbərlik etmək mənim üçün böyük problem idi. Ancaq “Tottenhem”də keçirdiyim vaxtdan çox həzz aldım".
Emin