UEFA Fransanın "Lion" və Yunanıstanın PAOK klublarını növbəti avrokubok matçlarında tribunaları qismən bağlamaqla cəzalandırıb.
Fanat.Az xəbər verir ki, bu barədə qitə futbol qurumunun mətbuat xidməti məlumat yayıb.
"Lion"un avrokuboklarda növbəti ev oyununda stadionun tribunalarından ikisi bağlı olacaq.
PAOK-un stadionunda isə növbəti avrokubok matçında bir sektor bağlanacaq.
Hər iki klubun cəzalandırılmasına səbəb oyun zamanı azarkeşlərin meydana kənar əşyalar atması, qadağan olunmuş təhlükəli atəşfəşanlıq etməsi və iğtişaş yaratması olub.
Emin