Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi yığmanın təlim-məşq toplanışına görə UEFA Konfrans Liqasının final oyununa gedə bilməyəcək.
Fanat.Az xəbərinə görə, bu barədə italiyan mütəxəssis özü məlumat verib.
“Panorama” nəşrinə danışan De Byazi mayın 24-də Azərbaycan millisinin UEFA Millətlər Liqasının oyunları üçün hazırlıq prosesinin start götürəcəyini bildirib:
“Tarixlərlə bağlı planlaşdırma aparmışdım və Albaniyaya gedəcəyimə iki ay əvvəl əmin idim. Amma hazırlıq prosesimizin gündəliyini görəndə təbii ki, bir az məyus oldum”.
Qeyd edək ki, mayın 25-də keçiriləcək UEFA Konfrans Liqasının finalında İtaliyanın "Roma" və Niderlandın "Feyenoord" klubları üz-üzə gələcəklər.