Basketbol üzrə 18 yaşadək oğlanlardan ibarət Azərbaycan yığma komandası Qax Olimpiya İdman Kompleksində təlim-məşq toplanışını davam etdirir.
Fanat.Az xəbər verir ki, mayın 18-dən etibarən bir araya gələn millimiz baş məşqçi Tahir Baxşıyevin rəhbərliyi altında gündə iki dəfə məşqə çıxır.
Təlim-məşq toplanışının əsas məqsədi 24-31 iyul tarixlərində San Marinoda U-18 Avropa çempionatının C divizionu çərçivəsində baş tutacaq oyunlara hazırlıqdır. Toplanışa mayın 29-da yekun vurulacaq.