Azərbaycan şahmatçısı Eltac Səfərli İtaliyada keçirilən "Grandiscacchi Challenge" turnirində çıxış edir.
Fanat.Az xəbər verir ki, yarışda beş tur geridə qalıb. 30 yaşlı qrossmeysterimiz 3,5 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Lider yarım xal çox toplayan Andrey Yesipenkodur (FİDE).
Turnirdə ümumilikdə 11 ölkədən 20 iştirakçı mübarizə aparır.