Türkiyənin "Alanyaspor" klubunun prezidenti Hasan Çavuşoğlu "Neftçi"nin qonağı olub.
Fanat.Az xəbər verir ki, bu barədə paytaxt təmsilçisi rəsmi "Twitter" səhifəsində paylaşım edib.
Klub rəhbərliyi ilə görüşdə gələcəkdə komandalar arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonda hər iki tərəf bir-birinə xatirə hədiyyəsi təqdim edib.
Çavuşoğlunun "Qarabağ" klubu və AFFA rəhbərliyi ilə görüşləri də planlaşdırılıb.