“Milan”ın baş məşqçisi Stefano Piolinin “Sassuolo” ilə oyundan itən çempionluq medalı tapılıb.
Fanat.Az "Sky İtalia"ya istinadən xəbər verir ki, 56 yaşlı çalışdırıcının oğurlandığını iddia etdiyi medalı 20-25 yaş arası üç gənc yerli polisə təqdim edib.
Onlar medalı stadionun meydançasında, soyunub-geyinmə otaqlarının çıxışının yaxınlığında tapdıqlarını bildiriblər. Polis faktın dəqiqləşdirilməsi üçün araşdırmalara başlayıb.
“Milan” 2021/22 mövsümündə 86 xal toplayaraq İtaliya çempionu olub.
Emin