"Şamaxı" klubu qapıçısı Stanislav Namaşko ilə müqavilənin müddətini uzadıb.
Fanat.Az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, klubun İdarə Heyətinin bu gün keçirilən iclasında 36 yaşlı qolkiperin sözləşməsinin daha bir il artırılmasına qərar verilib.
Qeyd edək ki, Moldova millisinin üzvü 2019-cu ildən "Şamaxı"da çıxış edir. Namaşko 2020/2021 mövsümündə Azərbaycan Kubokunun qalibi olub.
"Şamaxı" klubu bu gün baş məşqçi Rüstəm Əliyev və gənc müdafiəçi Rəhman Daşdəmirovun da müqavilələrinin müddətini uzadıb.