Braziliya millisinin və "Real Madrid"in əfsanəvi futbolçusu Kaka sabiq komanda yoldaşı Kriştianu Ronaldu ilə bağlı danışıb.
Fanat.Az xəbər verir ki, veteran yarımmüdafiəçi AS nəşrinə portuqaliyalı ulduzla bağlı maraqlı əhvalatı nəql edib:
"Mövsümöncəsi təlim-məşq toplanışı üçün Los-Ancelesə gedirdik. Ronaldu kimdənsə 15 telefon alıb klubda işləyən insanlara paylamağı xahiş etdi. Gündəlik həyatda Kriştianu tez-tez belə şeylər edirdi. O, başqalarının qayğısına qalan əla oğlandır. Kriştianu sadəcə çempion deyil, həm də gözəl insandır. Ona kömək üçün hər zaman müraciət edə bilərsən. Həmişə özünü ləyaqətlə aparırdı. O, mənə çox kömək edib, hətta müsahibə zamanı mənə dəstək olurdu”.
Qeyd edək ki, Kaka ilə Kriştianu Ronaldu 2009-cu ildə "Real Madrid"də komanda yoldaşı olublar.
Emin