"Liverpul"un müdafiəçisi İbrahima Konate Parisdə Çempionlar Liqasının finalında oynacağı üçün xoşbəxt olduğunu bildirib.
Fanat.Az xəbər verir ki, 23 yaşlı futbolçu bu barədə UEFA-nın rəsmi saytına danışıb:
"Doğma şəhərimdə Çempionlar Liqasının finalı... Necə xoşbəxt olduğumu təsvir etməyə söz tapa bilmirəm. Başqa heç nə xəyal edə bilməzdim. Heç ağlıma da gəlməzdi ki, Parisdə finalda oynamaq şansım olacaq".
Xatırladaq ki, həlledici görüşdə "Liverpul" "Real Madrid"lə üz-üzə gələcək. Matç bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Emin