Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2021/2022 mövsümünün qalibi bəlli olub.
Fanat.Az xəbər verir ki, finalda İngiltərə "Liverpul" ilə İspaniya "Real Madrid"i üz-üzə gəlib.
Fransanın paytaxtı Parisdəki "Stad de Frans" stadionunda keçiriləcək matç Madrid təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
İki kollektiv daha əvvəl də Çempionlar Liqasının finalında qarşılaşıblar. 1980/1981 mövsümündə ingilislər, 2017/2018 mövsümündə isə ispanlar turnirin qalibi olub.
UEFA Çempionlar Liqası
Final
28 may
23:30. "Liverpul" (İngiltərə) - "Real Madrid" (İspaniya) 0:1
Qol: Vinisius Junior, 59.
"Liverpul": A.Beker, T.A.Arnold, Konate, Van Dayk, Robertson, Henderson, Fabinyo, T.Alkantara, Salah, Mane, Luis Diaz.
"Real Madrid": Kurtua, Karvahal, Militao, Mendi, Kroos, Kazemiro, Modriç, Valverde, Vinisyus, Benzema.
Baş hakimi: Kleman Türpen (Fransa)
Paris, "Stad de Frans" stadionu