"Mançester Yunayted"in keçmiş futbolçusi Patris Evra "Liverpul" - "Real Madrid" arasında keçiriləcək ÇL-in final matçına proqnoz verib.
Fanat.Az xəbər verir ki, UEFA-nın mətbuat xidməti 41 yaşlı mütəxəssisin sözlərini belə çatdırıb:
"Çətin seçimdir. Proqnoz verən biri deyiləm, amma ümid edirəm ki, "Real Madrid" qalib gələcək. Lakin çətin olacaq, çünki "Liverpul" finalda yaxşıdır. Düşünürəm ki, "Real Madrid" penaltilərdə qalib gələcək."
Xatırladaq ki, "Liverpul" - "Real Madrid" görüşü bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Emin