2019-cu il Çempionlar Liqasınını finalında "Tottenhem"i çalışdırarkən "Liverpul"a uduzan PSJ-nin hazırki baş məşqçisi Maurisio Poçettino bu axşam sözügedən turnirin finalında "Real Madrid"i dəstəkləyəcəyini bildirib.
Fanat.Az xəbər verir ki, argentinalı mütəxəssis bu barədə "Marca" nəşrinə açıqlamasında bildirib:
"Finala öz komandamla çıxmamışamsa xüsusi maraqla izləmirəm. Amma bu gün "Tottenhem"i çalışdırarkən finalda məğlub olduğum komanda (Liverpul) oynayır. Odur ki, onların rəqibi - "Real Madrid"i dəstəkləyəcəyəm".
Xatırladaq ki, "Liverpul" - "Real Madrid" görüşü bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Emin