Əfsanəvi braziliyalı futbolçu Ronaldinyo Kilian Mbappenin PSJ ilə müqaviləni uzatmaq qərarından danışıb.
Fanat.Az xəbər verir ki, "Leparisien" Ronaldinyodan belə sitat gətirib:
“Onun qərarı məni təəccübləndirmədi. Kilian haqqında nə deyə bilərəm? Onunla eyni komandada oynamaq istərdim, çox yaxşı hücum ikiliyimiz olardı”.
23 yaşlı Mbappenin PSJ ilə 2025-ci ilə qədər yeni müqavilə imzaladığı və dünyanın ən çox maaş alan futbolçusu olduğu bilinir. Bəzi mənbələrə görə, futbolçu Paris klubunun transfer siyasətində də iştirak hüququ alıb. Daha əvvəl fransalının "Real Madrid"ə keçə biləcəyi haqda məlumat yayılmışdı.
Mirağa