"Qarabağ"ın Trükiyənin "Anakaragücü" klubuna icarəyə verdiyi Ovusu Kvabena geri qayıdır.
Bunu Fanat.Az-a açıqlamasında Ağdam təmsilçisinin baş meneceri Asif Əsgərov deyib.
Klub rəsmisi vəziyyətə belə aydınlıq gətirib: "Ovusunun "Ankaragücü" il olan icarə müqaviləsinin müddəti başa çatıb və o, "Qarabağ"a qoşulacaq. İyunun 9-da Bakıya gələcək, 10-da komanda ilə birlikdə Avstriyaya - təlim-məşq toplanışına yollanacaq. Bizə Ovusu üçün nə Ankara təmsilçisi, nə də başqa bir klub müraciət edib. Həm də Kvabenanın transfer hüquqlarının 50 faizi əvvəlki klubu "Leqanes"dədir. Bu səbəbdən biz onların mövqeyini nəzərə almadan qərar vermirik".
Nihat