ABŞ-ın "Chicago Fire" klubunun və U-20 yığmasının qapıçısı Qabriel Slonina bir çox Avropa komandalarının radarına düşüb.
Fanat.Az "Transfermarkt"ə istinadən xəbər verir ki, onun müştəriləri arasında "Çelsi", "Yuventus", "Vulverhempton" və son olaraq, "Bayern Münhen" var.
İddiaya görə, 18 yaşlı qolkiperin transferində məhz Almaniya nəhəngi favorit hesab edilir.
Qeyd edək ki, Polşa kökləri olan Slonina bu ölkənin millisindən təklif alsa da, Amerika yığma komandalarında çıxışını davam etdirmək niyyətində olduğunu bildirib.
Mirağa