UEFA Çempionlar Liqasının 2021/2022 mövsümünün rəmzi komandası müəyyənləşib.
Fanat.Az xəbər verir ki, "Whoscored"in versiyasına görə, "11-liy"ə çempion “Real Madrid”in üç təmsilçisi daxil edilib.
Kral klubunun hücumçusu Kərim Benzema və "Bayern Münhen"in vingeri Kinqsli Koman Çempionlar Liqasının ən yaxşı oyunçusu seçiliblər. Onlar 8,0 bal toplayıblar.
Ən aşağı xal isə “Real Madrid”in digər üzvü - müdafiəçisi Eder Militaoya verilib. Onun çıxışı 7.1 balla qiymətləndirilib.
Mirağa