"Real Madrid"in sabiq baş məşqçisi Zinəddin Zidan PSJ-ni çalışdırmayacaq.
Fanat.Az xəbər verir ki, "Telefoot" belə bir iddia ilə çıxış edib.
Mənbənin məlumatına görə, fransalı ilə danışıqları şəxsən Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani aparıb. Lakin mütəxəssis parislilərin layihəsinə razı olmadığı üçün təklifdən imtina edib.
PSJ-nin hazırkı baş məşqçi Maurisio Poçettino ilə 2023-cü ilin iyununa qədər müqaviləsi var.
Mirağa