“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev “Instagram” hesabında paylaşım edib.
Fanat.Az xəbər verir ki, “köhlən atlar”ın qolkiperi Azərbaycan kubokunun finalında “Zirə”yə qarşı keçirdikləri final matçından video paylaşaraq bunu yazıb:
“Çətin, lakin gözəl mövsüm. Həmd olsun Allaha”.
“Qarabağ” son mövsümdə həm Azərbaycan çempionu olub, həm də ölkə kubokunu qazanıb.