Almaniyalı çalışdırıcı Ralf Ranqnik "Mançester Yunayted"dən klub tarixinin İngiltərə Premyer Liqasında ən zəif nəticə göstərən baş məşqçisi kimi ayrılıb.
Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, Ranqnikin rəhbərliyi altında "qırmızı şeytanlar" orta hesabla hər oyunda 1,5 xal əldə edib.
Komanda bu mütəxəssisin iştirakı ilə çıxdığı çempionat qarşılaşmalarının 42 faizində qələbə qazanıb ki, bu da 1992-ci ildən - şempionat İPL adlanandan bəri qeydə alınan ən pis göstəricilərdir.
Xatırladaq ki, "Mançester Yunayted" İPL-i 6-cı pillədə başa vurub. Ötən ilin dekabrından bu ilin mayınadək MY-nin müvəqqəti baş məşqçisi olan Ranqnikin postunu niderlandlı Erik ten Haq tutub.
Nihat