"Qarabağ" "Bakı" ilə oyunun hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, Ağdam klubu bu gün bir məşqə çıxıb.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan məşq saat 16.30-da start götürüb. Hazırlıq prosesində millilərdən dönən futbolçular da iştirak edib. "Qarabağ" hazırlıqlarını sabah baş tutacaq bir məşqlə yekunlaşdıracaq.
Fanat.az