Mayın 29-da Liqa 1-i tərk edən növbəti komanda müəyyənləşib.
Fanat.Az xəbər verir ki, pley-offun ilk oyununda 1:1 hesablı hesablı heç-heçə etdiyi "Oser"i qəbul edən "Sent-Etryen" oyunsonrası penaltilərlə (1:1, 4:5) uduzaraq elitadan düşüb.
"Yaşıllar" son 18 ildə ilk dəfə Liqa 1-lə vidalaşmaq məcburiyyətində qalıb. 2012-ci ildən elitada oynamayan "Oser" isə arzusuna 10 ildən sonra çatıb.
Qeyd edək ki, "Sent-Etyen"lə yanaşı, "Mets" və "Bordo" da növbəti mövsümə Liqa 2-də başlayacaq.
Nihat