"Real Madrid"in yarımmüdafiəçisi Eden Hazar növbəti mövsümdə özünü yaxşı tərəfdən göstərəcəyinə əmin olduğunu deyib.
Fanat.Az xəbər verir ki, belçikalı ulduzun söylədiklərini tanınmış jurnalist Fabritsio Romano şəxsi "Twitter" hesabı üzərindən belə çatdırıb:
"Əminəm ki, növbəti mövsüm mənim olacaq. Hətta buna şübhəm belə, yoxdur".
Xatırladaq ki, "Real" Hazarı 2019-cu ildə "Çelsi"dən tranfser edib. Madridlilər Belçika millisinin üzvünü 115 milyon avroya alıb. Bu müddətdə 16 dəfə zədələnən futbolçu aldığı xəsarətlər üzündən 72 oyun buraxıb. Bütün turnirlərdə "Real" formasıyla 66 matçda meydanda olan 31 yaşlı Eden bu görüşlərdə 6 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat