Elitada qalmaq uğrunda keçirdiyi 2 oyunun nəticəsinə görə "Oser"ə uduzan və Liqa 1-lə vidalaşan "Sent-Etyen"in fanatları yenilgini həzm edə bilməyib.
Fanat.Az xəbər verir ki, ilk oyunda 1:1 hesablı heç-heçə etdiyi rəqiblə evdə də bərabərə qalaraq (1:1) oyunsonrası penaltilərlə yenilən (4:5) "yaşıllar"ın futbolçu və məşqçi heyəti azarkeşlərin hücumuna məruz qalıb.
Belə ki, penaltilər seriyası başa çatandan - "Sent-Etyen"in 18 ildən sonra Liqa 1-dən düşdüyü müəyyənləşəndən sonra yerli fanatlar meydana axışıb. Yenilgidən pərişan olan tərəfdarlar məşqçi və oyunçulara yanan məşəllər, alışqanlar və başqa əşyalar atıb.
Nihat