Basketbolun 3x3 növü üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Serbiyanın paytaxtı Belqradda təlim-məşq toplanışını davam etdirir.
Azərbaycan Basketbol Federasiyasından Fanat.Az-a verilən məlumata görə, 4-5 iyun tarixlərində Kiprdə baş tutacaq Avropa çempionatının seçmə mərhələsinə hazırlaşan yığmamızın heyətinə legioner həyatı yaşayan basketbolçular da qoşulub.
Bunlar Türkiyənin "Qaziantep" klubunun kapitanı Orxan Aydın və İspaniyanın "Mursiya" komandasının üzvü Cordan Deyvisdir.
Kişilərdən ibarət əsas komandamıza yeni təyin olunmuş baş məşqçi Aleksandar Trifunoviç də toplanışı izləmək üçün Serbiyaya səfər edib. Mütəxəssis burada millinin üzvləri ilə tanış olub. Trifunoviç basketbolçularla əsas milli komandanın qarşıdakı təlim-məşq toplanışları barəsində söhbət apararaq onlara Avropa çempionatının seçmə mərhələsində uğurlar arzulayıb.