"Milan" hücumçusu Zlatan İbrahimoviçlə müqaviləni uzadacaq.
Fanat.Az-ın xəbərinə görə, bu barədə İtaliya təmsilçisinin baş məşqçisi Stefano Pioli məlumat verib:
"Zlatan İbrahimoviç oynamaq istədiyi üçün dizindən əməliyyat olunub. O, "Milan"la müqaviləsini 2023-cü ilə qədər uzadacaq".
İsveçli futbolçu bu il yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, 40 yaşlı forvard 2020-ci ildən "Milan"da çıxış edir. 60 oyunda iştirak edən İbrahimoviç 33 qola imza atıb.
Röya