"Liverpul"un hücumçusu Sadio Mane karyerasını Almaniyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı insayder Nikolo Skira yayıb.
Onun sözlərinə görə, 30 yaşlı seneqallı futbolçu "Bayern Münhen"lə 3 illik sözləşmə üçün anlaşıb.
Qeyd edək ki, forvardın İngiltərə klubu ilə cari müqaviləsi 2023-cü ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalı Maneyə 80 milyon avro qiymət "biçib".
Röya