İyunun 4-5-də Avstriyanın Qras şəhərində cüdo üzrə gənclər arasında Avropa Kuboku yarışı keçiriləcək.
Fanat.Az xəbər verir ki, turnirdə Azərbaycanın oğlanlardan ibarət millisi də mübarizə aparacaq. Elxan Məmmədovun rəhbərlik etdiyi məşqçilər korpusu heyətə 14 cüdoçunun adını daxil edib.
Yarışda ölkəmizi Nicat Şirinov (60 kq), Qasım Vəlizadə, Aydın Rzayev (hər ikisi 66 kq), Vüsal Qələndərzadə, Qədir Hüseynov, Çingiz Fəttahov (hamısı 73 kq), Məhərrəm İmamverdiyev, İsmayıl Zamanov, Ömər Rəcəbli (hamısı 81 kq), Vüqar Talıbov (90 kq), Ruslan Nəsirli, Rəsul Aydəmirov (hər ikisi 100 kq), Kənan Nəsibov və Hüseyn Məmmədov (+100 kq) təmsil edəcək.
Qeyd edək ki, Avropa Kubokunda 37 ölkədən 544 cüdoçunun iştirakı gözlənilir.