"İnter"in yarımmüdafiəçisi İvan Perişiç yaxın günlərdə tibbi baxışdan keçməli və azad agent qismində "Tottenhem"lə müqavilə bağlamalıdır.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Tvitter" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.
Mənbə 33 yaşlı Perişiçin Hotspur təmsilçisi ilə 2 illik müqavilə bağlayacağını və hər mövsüm üçün 6 milyon avro qazanacağını bildirib.
Qeyd edək ki, 2015-ci ildə "İnter"ə keçən Perişiç Milan təmsilçisində 254 oyuna çıxıb. Bu qarşılaşmalarda 55 qol vuran İvan 49 məhsuldar ötürmə ilə də yadda qalıb. O, daha öncə "Bayern Münhen", "Volfsburq" və Dortmund "Borussiya"sı kimi klubların da şərəfini qoruyub.
Nihat