Növbəti mövsümdən İtaliya A Seriyasında mübarizə aparmaq hüququ qazanan "Montsa" Avropa çempionuna göz dikib.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbə "Montsa" rəhbərliyinin "Torino"nun və İtaliya millisinin hücumçusu Andrea Belottini heyətinə qatmaq üçün hərəkətə keçdiyini açıqlayıb. Tərəflərin artıq danışıqlara başladığı bildirilib. Turin təmsilçisi ilə olan müqaviləsinin müddəti bu yay başa çatacaq Belottinin azad egnt qismində "Montsa"ya qoşulmaq ehtimalı yüksək qiymətləndirilib.
28 yaşlı Belotti 2015-ci ildən "Torino"dadır. O, İtaliya yığması ilə Avro-2020-nin qalibi olub.
Nihat