"Mançester Yunayted" transferlərə görə 140 milyon avro alacaq.
Fanat.Az xəbər verir ki, bu barədə "Daily Express" məlumat yayıb.
Lakin məbləğ yeni baş məşqçi Erik ten Haqın planlarına daxil olmayan futbolçuların satışı hesabına arta bilər.
Söhbət hücumçu Antoni Marsial və müdafiəçilər Aaron Van-Bisaka ilə Erik Baylidən gedir.
Xəbərə görə, Teq Haq hər 3 futbolçunun xidmətində maraqlı deyil. Onların satışından əldə olunan vəsait yeni transferlərin həyata keçirilməsinə xərclənəcək.
Röya