"Bayern Münhen" "Barselona"nın hücumçusu Robert Levandovskinin transferi ilə bağlı təklifini rədd edib.
Fanat.Az "Kicker"ə istinadən xəbər verir ki, Almaniya klubu katalonların ilk təklifinə "yox" deyib.
"Barselona"nın polşalı hücumçu üçün 32 milyon avro təklif etdiyi bildirilir.
Münhenlilər Levandovskini ona əvəzləyici tapana qədər saxlamaq istəyir.
Robert Levandovskinin "Bayern" ilə hazırkı müqaviləsinin müddəti 2023-cü ilin yayına qədərdir. Xarici mətbuatın iddiasına görə, 33 yaşlı hücumçu artıq "Barselona" ilə müqavilə imzalayıb.
Mirağa