İngiltərənin "Çelsi" klubu "Barselona"nın hücumçusu Usman Dembeleni heyətinə qatmaq üçün bütün gücünü səfərbər edib.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Ekrem Konur yayıb.
Mənbə "zadəganlar"ın fransalı forvardı azad agent qismində rənglərinə bağlamağı əsas hədəf saydığını açıqlayıb.
Qeyd edək ki, Dembelenin Kataloniya təmsilçisi ilə olan müqaviləsinin müddəti iyunun 30-da başa çatacaq.
Nihat