İsko "Real Madrid"dən ayrılıb.
Fanat.Az xəbər verir ki, yarımmüdafiəçi bunu özü sosial şəbəkə hesabından paylaşaraq elan edib:
"Doqquz il sonra "Real"dakı missiyam sona çatır. "Real Madrid" - mənə uşaqkən qurduğum bütün arzuları həyata keçirməyə imkan verən klubdur”.
İsko 2013-cü ildə "Malaqa"dan "Real"a keçib. Yarımmüdafiəçi "Kral klubu"nda keçirdiyi 353 matçda 53 qol vurub, 56 məhsuldar ötürmə edib. İsko Madridi azad agent kimi tərk edib.
Mirağa