"Bayern Münhen" futbolçusu Korenten Tolisso ilə vidalaşıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçinin başa çatan müqaviləsi yenilənməyib.
2017-ci ildən Münhen təmsilçisində çıxış edən 28 yaşlı oyunçu 5 dəfə Bundesliqa çempionu, 1 dəfə UEFA Çempionlar Liqasının, 2 dəfə isə ölkə kubokunun qalibi olub.
Tolisso həmçinin Fransa millisinin heyətində 2018-ci ildə dünya çempionluğunu qazanıb. O, "Bayern"də 118 oyuna 21 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.