9-cu dəfə reallaşan Konfederasiyalar Kubokunda bu gecə iki matç baş tutub. İspaniya millisi Nigeriya ilə qarşılaşıb. Oyun ispanların 3:0 hesablı ilə qələbəsi ilə bitib.
Uruqvay millisi isə Taiti ilə qarşılaşıb. Cənubi Amerikalılar Taitini darmadağın ediblər: 8:0.
Uruqvay İspaniyadan sonra yarımfinala vəsiqə qazanan ikinci komanda olub. Yarımfinalda onların rəqibi A qrupunun lideri Braziliya olacaq. İspanları isə İtaliya yığması kimi rəqib gözləyir.
İdman24.az