"Bayern Münhen" yarımmüdafiəçisi Korentin Tolisso ilə yolları ayırıb.
Fanat.Az xəbər verir ki, məlumatı klubun rəsmi saytı yayıb.
Xəbərə görə, müqaviləsi başa çatan futbolçu ilə sözləşmənin müddəti uzadılmayıb.
"Tolisso 5 ildir komandamızın bir hissəsidir. O, 2020-ci il mövsümündə 6 titul qazanan oyunçu kimi klub tarixinə düşüb. Səylərinə və bağlılığına görə ona təşəkkür edirik, gələcək işlərində uğurlar arzulayırıq”, - deyə "Bayern"in baş direktoru Oliver Kan bildirib.
Röya