"Qarabağ" müqaviləsinin müddəti başa çatan futbolçusu Riçard Almeyda ilə bağlı qərar verib.
Fanat.Az-a daxil olan məlumata görə, Ağdam təmsilçisi 33 yaşlı yarımmüdafiəçi ilə yeni sözləşmə imzalayacaq.
Almeydanın millinin futbolçusu olması, legioner limitindən azad olunması və son dövlərdə məvacibinin elə də yüksək olmaması amillərini nəzərə alaraq "Qarabağ" onu komandada saxlamağı məqsədəuyğun hesab edib.
Qeyd edək ki, Riçard Almeyda 2012-2018-ci illərdə "köhlən atlar"ın şərəfini qoruyub. 2018-ci ildə Qazaxıstanın "Astana" klubuna keçsə də, icarə əsasında "Qarabağ"a qayıdıb. 2020-2021-ci illərdə isə BƏƏ-dən "Baniyas" və Zirə"də də qısa müddət çıxış etdikdən sonra 2021-ci ildə yenidən "Qarabağ" qayıdıb. Ağdam klubunun heyətində 207 matçda iştirak edib və 44 qola imza atıb.
Braziliyalı milliləşdirilmiş futbolçu 2017-ci ildən Azərbaycan vətəndaşıdır. O, yığmamızın heyətində 21 matçda forma geyinib və 3 dəfə fərqlənib.
Röya