"Milan"ın sahibi - "Elliott Management" korporasiyası yaxın saatlarda klubun "RedBird Capital Partners" şirkətinin yaradıcısı Cerri Kardinaleyə satıldığını açıqlayacaq.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.
Mənbə İtaliya təmsilçisinin yeni sahibinə 1,3 milyard avroya başa gələcəyini vurğulayıb.
"Elliott Management" korporasiyası "qırmızı-qaralar"ın səhmlərini 2018-ci ildə alıb.
Qeyd edək ki, Stefano Piolinin çalışdırdığı "Milan" 11 illik fasilədən sonra İtaliya A Seriyasının qalibi olub.
Nihat