"Qarabağ"ın yarımmüdafiəçisi Patrik Andradenin komandada qalıb-qalmayacağı böyük sual doğurur.
Bunu Fanat.Az-a açıqlamasında Ağdam klubunun baş direktoru Əmrah Çəlikəl deyib.
Çəlikəl vəziyyətə belə aydınlıq gətirib: "Patrikin agenti ilə görüşdük, məsələni müzakirə etdik və şərtlərimizi dedik. Düşünmək üçün müəyyən zaman istədilər. Biz də son qərarlarını açıqlamaları üçün təlim-məşq toplanışı başlayana qədər vaxt verdik".
Nihat