Son mövsümü "qızıl dubl"la başa vuran "Qarabağ" transfer çalışmalarını davam etdirir. Artıq Xayme Romero ilə vidalaşan "köhlən atlar"ın rəhbərliyi Patrik Andradenin də meneceri ilə görüşərək şərtlərini çatdırıb və onlara düşünmək üçün təlim-məşq toplanışının startına qədər vaxt verib. Ağdamlıların bu qış Ukraynanın "Minay" klubundan transfer etdiyi Rüstəm Əhmədzadənin komandadakı gələcəyi də maraq doğurur. Mövsümün ikinci yarısından formasını geyindiyi "Qarabağ"da əsas heyətə düşməyə çətinlik çəkən gənc milli üzvünün icarəyə verilməsi gündəmdədirmi?
Bu suala cavab tapmaq üçün klubun baş direktoru Əmrah Çəlikəllə əlaqə saxladıq.
Onun Fanat.Az-a verdiyi açıqlama belə oldu:
"Rüstəmlə maraqlananlar olsa da, onun icarəyə verilməsi bu gün üçün gündəmdə deyil. Sonrasını zaman göstərəcək".
Qeyd edək ki, Əhmədzadənin "Qarabağ"la olan müqaviləsinin müddəti 2026-cı ilin 30 iyun tarixində başa çatacaq.
Nihat