Polşa millisinin baş məşqçisi Çeslav Mixneviç "Bayern Münhen"dən ayrılmağa can atan Robert Levandovskini görmək istədiyi klubun adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Goal" Mahir Emrelinin "Legiya"da baş məşqçisi olmuş Mixneviçdən belə sitat gətirib:
"Robert Levandovskini "Liverpul"da görmək istərdim. Mən bu klubu dəstəkləyirəm”.
Polşalı hücumçu daha əvvəl Almaniya klubunda vaxtının bitdiyini bildirmişdi. Levandovski transferin ən yaxşı həll yolu olacağını vurğulayıb. Mətbuatda yayılan xəbərlərə görə, hücumçunu transfer etməyə əsas namizəd İspaniya “Barselona”sıdır.
Robertin "Bayern" ilə müqaviləsinin müddəti 2023-cü ildə başa çatır. Ötən mövsüm hücumçu Münhen klubunun heyətində bütün turnirlərdə 46 oyuna çıxıb, 50 qol vurub və 7 məhsuldar ötürmə edib.
Mirağa